İdman və həvəskar balıq ovuna dair qadağa müddətləri dəyişib

İdman və həvəskar balıq ovuna dair qadağa müddətləri dəyişib
# 06 avqust 2022 10:15 (UTC +04:00)

Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər dəyişib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağan edilib:

Qadağanın qüvvədə olduğu müddət intervalı

Xəzər dənizi

Şabran limanında

1 yanvar -15 iyun

Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə

1 iyun - 20 iyul

Kür çayı

Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə

1 - 30 aprel

Çay ilə əlaqəsi olan su hövzələrində

1 may - 30 iyun

Xəzər dənizinə axan bütün çaylarda

1 may - 30 iyun

Krevetlərin kürüləmə müddətində

1 iyun - 1 iyul

Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km , dənizə doğru 2 km-lik ərazilərdə

1 yanvar -15 avqust

Xərçəng ovu

1 aprel - 31 oktyabr

Dəyişikliyə əsasən, bundan sonra balıq və digər su bioresurslarının idman və həvəskar ovuna dair qadağalar aşağıdakı kimi olacaq:

Su obyektləri

Qadağan müddətləri

Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda

1 may - 30 iyun

Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki

tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə

1 yanvar -15 avqust

Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində

1 may - 30 iyun

Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə

1 - 30 aprel

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR