II və III ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən məktəblər açıqlanıb

II və III ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
# 07 iyun 2022 01:09 (UTC +04:00)

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər – Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər.

II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR