İki ölkədən bəzi məhsulların idxalı məhdudlaşdırılıb

İki ölkədən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
# 27 aprel 2022 17:57 (UTC +04:00)

Monqolustan və Britaniyanın bəzi əyalətlərindən bir sıra məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Dundqovi və Töv vilayətlərində xırdabuynuzlu heyvanların taun, Kanadanın Kvebek, Britaniya Kolumbiyası və Saskaçevan əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Dundqovi və Töv vilayətlərindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, Kanadanın Kvebek, Britaniya Kolumbiyası və Saskaçevan əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidlərindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan və Kanadadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR