İki prokuror yaş həddinə görə təqaüdə göndərilib

İki prokuror yaş həddinə görə təqaüdə göndərilib
# 06 iyun 2023 18:40 (UTC +04:00)

İyunun 6–da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Əli Abdullayev təqaüdə çıxmaları ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, görüşdə prokurorluğun hər iki veteranına uzunmüddətli səmərəli, həminin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə minnətdarlıq ifadə edilib.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin əmrləri ilə təltif olunmuş prokurorluğun hər iki veteranına “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib, birlikdə xatirə şəkli çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR