İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci Ay tutulması başa çatıb  - YENİLƏNİB
# 08 noyabr 2022 17:56 (UTC +04:00)

İlin ikinci Ay tutulması başa çatıb.

BDU-nun Astrofizika kafedrasından APA-ya verilən xəbərə görə, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olub. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.

Ay tutulmasını Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub. Yarımkölgəli Ay tutulmasını görmək çətin olub, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

***

12:02

İlin ikinci Ay tutulması başlayıb.

BDU-nun Astrofizika kafedrasından APA-ya verilən xəbərə görə, saat 12:02-də yarımkölgəli tutulma başlayıb. 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR