İlin ilk Ay tutulması baş verib - YENİLƏNİB

İlin ilk Ay tutulması baş verib  - YENİLƏNİB
# 16 may 2022 08:53 (UTC +04:00)

Bu gün ilin ilk Ay tutulması baş verib.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, tam Ay tutulması olub.

Tutulma saat 07:29-da başlayıb, 08:53-də isə sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub.

***

Saat 07:29

***

Bu ilin ilk Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, 07:29-da başlayan Ay tutulması 08:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR