İlin ilk Günəş tutulması başa çatıb - VİDEO - YENİLƏNİB

İlin ilk Günəş tutulması başa çatıb - VİDEO   - YENİLƏNİB
# 01 may 2022 02:37 (UTC +04:00)

2022-ci ilin ilk Günəş tutulması başa çatıb.

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirilib ki, bu, qismən Günəş tutulması olub.

Tutulma aprelin 30-da 22.45-də başlayaraq 3 saat 52 dəqiqə davam edib.

***

22.45

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirilib ki, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR