İmtahanda qayda pozan 12 nəfərin nəticəsi ləğv edilib

İmtahanda qayda pozan 12 nəfərin nəticəsi ləğv edilib
# 03 avqust 2022 16:35 (UTC +04:00)

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 25340 abituriyentdən (I qrup üzrə 21278 nəfər, IV qrup üzrə 4062 nəfər) 468 nəfəri (I qrup üzrə 414 nəfər, IV qrup üzrə 54 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR