İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılacaq, İşçi Qrup yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 01 iyul 2022 12:15 (UTC +04:00)

“İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrup yaradılıb”.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, kimlərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən birtərəfli qaydada mütəxəssislər tərəfindən baxılacaq:

“Burada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20%-i artıq nəzərdən keçirilib. Təxminən 35% imtina alan qazilərimizə yeni meyarlar əsasında əlillik təyinatı aparılacaq. Onların özlərinin müraciət etməsinə ehtiyac yoxdur. Zərurət olarsa, Komissiya özü onları əyani müayinə üçün dəvət edəcək. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq. Ümumi səbəblərdən əlliliklə bağlı müraciət edib imtina alan vətəndaşlara da yeni meyarların daha güzəştli olması səbəbi ilə müvafiq tibb müəssisələrinə müraciət etməsini tövsiyə edirik. Bu onların hüquqdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR