İnfeksionist: "Əhali özünümüalicə ilə məşğul olmasın"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 26 yanvar 2022 15:37 (UTC +04:00)

“Əhali özünümüalicə ilə məşğul olmasın”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, dəfələrlə bunun əks effekt verdiyi görülüb: “Bəzən dərman qəbul etməklə xəstəxanaya yatışı gecikdirirlər. Bu halda xəstənin vəziyyəti ağırlaşır”.

T. Eyvazov qeyd edib ki, PZR testlər bütün ştamların nukleur turşusunu müəyyən edir: “Əvvəldən standart tətbiq olunan testlər bütün variantları təyin etməyə imkan verir. Onun hansı mutasiya olmasını müəyyənləşdirmək üçün ayrıca müayinələr aparılır. Bunlar bahalı müayinələrdir və praktik əhəmiyyəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR