İnformatika fənni üzrə qəbul modeli hazırlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 11 yanvar 2022 10:28 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib

DİM-dən APA-ya verilən məlumata görə, gündəlik məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

DİM-in şöbə müdiri Afiqə Batıyeva artıq informatika fənnindən qəbul imtahanı proqramının DİM-in rəsmi internet saytında yerləşdirildiyini və təqdim olunan imtahan modelinin bu proqrama uyğun hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi İsmayıl Sadıqov isə imtahan modelini iştirakçılara təqdim edərək, modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verildiyini qeyd edib.

Qeyd olunan fikir və təkliflər modeldə nəzərə alınıb.

Beləliklə, imtahan modelinin müzakirəsi başa çatıb. İmtahan modeli yaxın günlərdə DİM-in rəsmi internet saytında yerləşdiriləcək. İşçi qrupunun növbəti iclası 17 yanvarda tarixində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR