“İngilis dilinin tədrisində mükəmməllik” təlimi yekunlaşıb

“İngilis dilinin tədrisində mükəmməllik” təlimi yekunlaşıb
# 30 iyun 2022 10:10 (UTC +04:00)

Şimali Karolina Dövlət Universiteti tərəfindən azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş 3 günlük “İngilis dilinin tədrisində mükəmməllik” təlimi yekunlaşıb.

APA xəbər verir ki, yekun konfrans ADA Universitetində keçirilib. Konfransda ABŞ-nin ölkəmizdəki səfiri Li Litzenberq, ADA Universitetinin Prorektoru, Doktor Fariz İsmayılzadə,Təhsil Nazirliyi tabeliyindəki Təhsil İnstitutunun Direktoru Rüfət Əzizov və müəllim-tələbə heyəti iştirak edib.

Qeyd olunub ki, universitetin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə yardımçı olmaq üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət-əsaslı metodlarından istifadələrini təmin etməkdir.

Sözügedən təlim 15 həftə ərzində intensiv şəkildə davam etdirilib və təlimə həm Bakıdan, həm də regionlardan 100-ə yaxın müəllim qoşulub.

Qeyd edək ki, Şimali Karolina Dövlət Universiteti tarixində tələbələr, eləcə də bu sahədə işləyən müəllimlər üçün faydalı olan, bir sıra mükafatlara layiq görülmüş ESL/EFL (ingilis dilinin xarici dil kimi tədrisi) proqramları xüsusi yer tutur. Ötən il Noyabr ayında Şimali Karolina ştatı səfirliyin dəstəyi ilə 700 Azərbaycanlı müəllimin virtual ELT (ingilis dili təlimi) konfransında iştirakına ev sahibliyi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR