İnzibati məsuliyyətə cəlb etmə müddəti 4 ayadək artırılır

İnzibati məsuliyyətə cəlb etmə müddəti 4 ayadək artırılır
# 07 oktyabr 2022 12:11 (UTC +04:00)

İnzibati məsuliyyətə cəlb etmə müddəti 3 aydan 4 ayadək artırılır.

APA-nın xəbərinə görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir qayda olaraq 3 ayadək verilə bilər. Lakin müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxma ilə əlaqədar bəzi hallarda 3 aylıq müddət yetərli olmur və 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR