IPPC katibi: “Qlobal bitkilərin 40 faizi yox ola bilər”

IPPC katibi: “Qlobal bitkilərin 40 faizi yox ola bilər”
# 05 sentyabr 2022 11:34 (UTC +04:00)

Statistikalar göstərir ki, zərərvericilərə qarşı tədbirlər görülməsə, qlobal bitkilərin 40 faizi yox ola bilər.

APA xəbər verir ki, bunu IPPC katibi Osama El-Lissy "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bitki mühafizəsi bu səbəbdən olduqca önəmlidir.

"Beynəlxalq fitosanitar tədbirlər bu cür bahalı bir ziyanın aradan qaldırılmasına kömək edəcək. Dünyanın hər bir yerində bu innovativ həllərin tətbiqi zəruridir. Bitkilər qidamızın 70 faizini təşkil etdiyi üçün, bitki mühafizəsi vacib məsələdir”.

IPPC katibi BMT-nin məlumatlarına görə, dünyada 820 milyon insan aclıqdan əziyyət çəkdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR