İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib

İrakli Qaribaşvili və Prezident İlham Əliyev

© APA | İrakli Qaribaşvili və Prezident İlham Əliyev

# 24 dekabr 2021 16:09 (UTC +04:00)

Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR