İran tərəfi ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir

İran tərəfi ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir
# 06 fevral 2022 00:26 (UTC +04:00)

Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi altı aya çəkə bilər.

APA xəbər verir ki, bu sözləri İran Parlamentinin deputatı Məlek Şəriəti deyib.

"Bütün sanksiyaların ləğvi üç aydan altı aya qədər çəkə bilər və burada tələsmək və razılığa gəlmək lazımdır”-deyə o bildirib.

Yanvarın 3-də Vyanada nüvə sazişinin ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci hissəsi bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR