İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib

İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib
# 05 oktyabr 2022 18:41 (UTC +04:00)

İran ərazisində 5,1 bal gücündə zəzələ baş verib.

Bu barədə APA-ya Milli Seysmologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR