İranın nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilir

İranın nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilir
# 03 yanvar 2022 12:48 (UTC +04:00)

İranın nüvə proqramı ilə bağlı Vyanada aparılan danışıqlar bu gün yenidən başlayacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, danışıqlar İranla 4+1 formatı çərçivəsində ikitərəfli və bir neçə tərəfli formatda aparılacaq.

XİN rəsmisi qeyd edib ki, bu ölkənin Vyanada nüvə müzakirələrindəki nümayəndə heyətinin rəhbəri Əli Baqiri və Müştərək Komissiyanın koordinatoru Enrike Mura keçircəkləri görüşdən sonra danışıqlar barədə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR