İrəvan quberniyasına həsr olunan yeni nəşr dərc edilib

İrəvan quberniyasına həsr olunan yeni nəşr dərc edilib
# 31 mart 2023 14:56 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri” adlı yeni nəşri dərc edilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsinə həsr edilmiş nəşr 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə təsadüf edib. Kitabın baş redaktoru institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Zaur İmrani və Şamil Əzizovdur.

Məqalələr toplusundan ibarət kitabda Azərbaycanın əzəli torpaqları olan İrəvan quberniyasında əhali sayının dəyişməsi, bu prosesdə onun milli tərkibində baş verən dəyişikliklər, Azərbaycan türklərinin əhali arasında sayının tədricən azalması, quberniyanın türk mənşəli toponimlərinin tədricən dəyişdirilməsi istiqamətləri təhlil olunur.

Kitab əhali coğrafiyası, tarixi demoqrafiya və toponimika ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR