Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı vaxt məlum olub

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı vaxt məlum olub
# 11 iyul 2019 17:54 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı vaxt məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, Monitorinq Mərkəzi sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.

İ. Həbibbəyli bildirib ki, AMEA öz üzərinə düşən vəzifəni yerinə yetirərək, Monitorinq Mərkəzinin əsasnaməsi, ştat cədvəli, strukturu ilə bağlı məsələləri hazırlayıb uyğun qurumlara təqdim edib: “Bunlar hamısı təsdiq olunub. Növbəti mərhələ Monitorinq Mərkəzinə işçilərin təyin olunmasıdır. Mərkəz Akademiyaya tabe qurum deyil”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR