İSİM: COVID-19 əleyhinə vaksinasiyanın effektivliyi artıb

İSİM: COVID-19 əleyhinə vaksinasiyanın effektivliyi artıb
# 10 yanvar 2022 11:48 (UTC +04:00)

"COVID-19 pandemiyası dövründə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhalinin pandemiyaya münasibəti mövzusunda iki istiqamətdə böyük sorğu keçirilib".

APA-nın məlumatına görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sorğu nəticəsində əhalinin COVID-19-la bağlı məlumat səviyyəsi, vaksinasiyaya münasibəti, iqtisadi-sosial vəziyyətin səviyyəsi, tibb müəssisələrinə çıxışın təminatı öyrənilib. Ötən müddət ərzində mərkəz əhalinin COVID-19-la bağlı maarifləndirilməsi istiqamətində kifayət qədər maarifləndirmə və təşviqat işləri həyata keçirib.

Onun sözlərinə görə, sorğu nəticəsində əhalinin pandemiyaya münasibət dinamikasını müşahidə etmək mümkün olub: "Əhalinin vaksinasiyaya meyli kifayət qədər müsbət istiqamətdə dəyişib. Əhalinin əksəriyyəti koronavirus əleyhinə vaksinasiya olunmaqdan çəkinmirlər. Sorğu nəticəsində peyvəndləməyə meylli olmayanların səbəbləri də müəyyən edilib. Eyni zamanda, tibb işçiləri arasında aparılan son monitorinqin nəticələrinə əsasən, ölkədə COVID-19 əleyhinə vaksinasiyanın effektivliyinin artdığı məlum olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR