İsmayıl Dəmir Azərbaycanı Türkiyənin döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib

İsmayıl Dəmir Azərbaycanı Türkiyənin döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib
# 08 yanvar 2023 16:08 (UTC +04:00)

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Azərbaycanı Türkiyənin döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib.

APA-nın xəbərinə görə, İsmayıl Dəmir “Müdafiə sənayesi – 2023-cü il hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, Türkiyənin döyüş təyyarəsinin istehsalında dost və qardaş ölkələri ortaqlığa dəvət edirlər.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan, İndoneziya, Pakistan, Malayziya bu ölkələr arasında sayıla bilər: “Bu ortaqlığın hər bir tərəf üçün faydalı olacağını düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR