İsmayıllıda qanunsuz ocaqxanalar aşkar edilib

İsmayıllıda qanunsuz ocaqxanalar aşkar edilib
# 23 sentyabr 2022 12:33 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.

APA xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR