İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb - VİDEO

İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb - VİDEO
# 21 dekabr 2021 09:33 (UTC +04:00)

İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.

Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub. Dərhal çağırış ünvanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib, nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR