Kəlbəcər rayonunda su istehsalı fəaliyyəti ilə bağlı Kiçik və Orta biznesin İnkişafı Agentliyinə 12 müraciət daxil olub.
APA xəbər verir ki, bu, martın 15-də parlamentdə müzakirəyə çıxarılacaq Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Qeyd edilib ki, müraciətlərdən 6-sı Kəlbəcər rayonunda İstisu mineral su bulağından istehsal fəaliyyəti ilə bağlıdır.