İsveçli səyyah: "Dağılmış əraziləri görmək dəhşətlidir”

İsveçli səyyah: "Dağılmış əraziləri görmək dəhşətlidir”
# 16 iyun 2022 16:30 (UTC +04:00)

"Qarabağ çox gözəldir. Amma dağılmış əraziləri görmək dəhşətlidir”.

APA-nın xəbərinə görə, bunu işğaldan azad edilən ərazilərə səfər edən isveçli səyyah Bengt Hildebrand deyib.

"Mən İsveçin “100 klub” adlanan travel qrupunun üzvüyəm. Bura gəlməkdə məqsədim Qarabağ haqqında daha çox məlumat əldə eləmək və buranı tanıtmaqdır. On il əvvəl Azərbaycanın Bakı və Şəki şəhərlərində olmuşam. Bura gəlməmişdən əvvəl Qarabağ haqqında elə çox məlumatım yox idi. Qarabağ çox gözəldir. Yerli insanlarla təmasda olmaq da maraqlıdır. Çox sevincliyəm ki, hazırda bu torpaqlarda sülh əldə olunub", - səyyah vurğulayıb.

Qeyd edək ki, xarici ölkələrdən (Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveç) olan 24 nəfər dünyaca tanınmış səyyahın işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Onlar bu gün Füzuli, Xocavənd, Şuşada olublar. Nümayəndə heyəti daha sonra Ağdam, Laçın və Kəlbəcərə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR