İtkin düşənlərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

İtkin düşənlərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir
# 13 may 2022 11:46 (UTC +04:00)

Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinin 74-cü maddəsinə təklif edilən yeni yarımbənddə əksini tapıb.

Layihəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR