İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək

Zaur Əliyev

© APA | Zaur Əliyev

# 06 iyun 2022 13:40 (UTC +04:00)

“Səhiyyədə görülən əsas işlərdən biri elektronlaşma olub”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətini sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bütün tibb müəssisələrinə fiberoptik internet xətləri çəkilib: “Bu, kifayət qədər ağır bir proses idi. Xüsusilə xəstəxana daxilində şəbəkələrin çəkilməsi ona görə çətinlik yaratdı ki, COVID-19 infeksiyası ilə bağlı xəstəxanalara girişdə müəyyən məhdudiyyətlər var idi. 274 dövlət tibb müəssisəsinə fibetoptik internet çəkilib. Hazırda Bakıda poliklinikaların da davamlı və dayanıqlı internetlə təmin edilməsi üçün işlər davam etdirilir. Bu proses ilin sonuna kimi yekunlaşdırılacaq”.

Zaur Əliyev qeyd edib ki, bütün tibb müəssisələrində elektron səhiyyə proqramları quraşdırılıb: “750-ə yaxın kompüter paylanılıb. Lakin bu kifayət deyil. Planlaşdırılır ki, bütün həkimlərin önündə kompüter olsun və onlar xəstəlik tarixçələrini sistemə özləri daxil etsinlər. Bunun üçün tibb müəssisələrinə 20 minə yaxın kompüter verilməsi gözlənilir. Burada təlim prosesi olduqca vacibdir. Buna görə də bu proses mərhələli şəkildə davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR