İTSDA: Onkoloji müalicələr xidmətlər zərfinə daxil edilə bilər

İTSDA: Onkoloji müalicələr xidmətlər zərfinə daxil edilə bilər
# 02 may 2022 12:44 (UTC +04:00)

“Onkoloji müalicələr növbəti illərdən qismən xidmətlər zərfinə daxil oluna bilər”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edən qurumun sədri Zaur Əliyev deyib.

O bildirib ki, onkoloji xəstəliklər üzrə ayrı Dövlət Poqramı var: "Bu barədə bizim Milli Onkologiya Mərkəzi ilə görüşlərimiz keçirilib. Gələcəkdə bunu xidmətlər zərfinə salmağı düşünürük. Bu, 2022-ci ildə nəzərdə tutulmayıb. Amma növbəti illərdə yəqin ki, qismən daxil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR