İTSDA: Orqan transplantasiyası ilə bağlı sənəd razılaşdırılma mərhələsindədir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

© APA | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

# 25 may 2022 15:45 (UTC +04:00)

“İcbari tibbi sığorta çərçivəsində orqan transplantasiyası əməliyyatları limitli şəkildə aparılacaq”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, Agentlik xidmətlər zərfinin genişləndirilməsi üçün əlaqədar qurumlara layihə təqdim edib.

“Burada eyni zamanda, orqan transplantasiyasının həyata keçirilməsi də nəzərdə tutUlur. Bu, limitli şəkildə olacaq. Hazırda həmin sənəd razılaşdırılma mərhələsindədir. Razılaşdırıldıqdan sonra qüvvəyə minəcək”, - Aynurə Əhmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR