IV siniflərin monitorinq imtahanlarında 150 min şagird iştirak edəcək

IV siniflərin monitorinq imtahanlarında 150 min şagird iştirak edəcək
# 05 iyun 2023 12:52 (UTC +04:00)

Bu il IV siniflərin monitorinq imtahanlarında təxminən 150 min şagird iştirak edəcək.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

Onun sözlərinə görə, gələcəkdə imtahanda şagirdlərin dinləyib-anlama bacarığının da yoxlanılması nəzərdə tutulur.

Xatırladaq ki, bu il iyunun 10-da bütün ölkə üzrə IV sinif şagirdlərinin qiymətləndirilməsi baş tutacaq. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR