IV siniflərin monitorinqi iki fənn üzrə aparılacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 25 may 2022 11:06 (UTC +04:00)

"IV siniflərin monitorinqi tədris dili və riyaziyyat üzrə aparılacaq".

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Təhsil masası"nda deyib.

O bildirib ki, tədris dili üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. "Tədris dili üzrə bu tapşırıqlar oxu və dil qaydalarını əhatə edəcək, riyaziyyat üzrə isə 5 məzmun xətti üzrə suallar təqdim olunacaq. Növbəti illərdə xarici dil fənni də monitorinqlərə daxil edilə bilər.".

Sektor müdiri qeyd edib ki, monitorinqin iyunun 7-si saat 10-da başlanılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR