IV siniflərin monitorinqi sinifdən-sinfə keçməyə maneə yaratmayacaq

IV siniflərin monitorinqi sinifdən-sinfə keçməyə maneə yaratmayacaq
# 25 may 2022 11:13 (UTC +04:00)

“IV siniflərin monitorinqinin kiçik və böyük summativ qiymətləndirməyə heç bir aidiyyəti yoxdur”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Orxan Abbasov "Təhsil masası"nda deyib.

O bildirib ki, bu, şagirdlərin sinifdən-sinfə keçirilməsinə heç bir maneə yaratmayacaq:

"Bizim əsas məqsədimiz ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin bilik və bacarıqlarını monitorinq etməkdir. Bu, gələcəkdə müvafiq qərarların alınmasında istifadə ediləcək".

Şöbə müdiri deyib ki, imtahanda səhv cavablar düz cavablara təsir etməyəcək:

"Hər sual 1 bala bərabərdir və maksimum nəticə 60 baldır. Monitorinq imtahanı 2 saat davam edəcək. Şagirdlər fors-major hallarda imtahandan icazə alıb çıxa və daha sonra qayıda bilər. İmtahan bitdikdən sonra şagirdlərdən sadəcə cavab kartları alınacaq. Sual kitabçaları isə onların özündə qalacaq. Bunun nəticəsində sonradan valideyn və müəllimlər suallarla bağlı müzakirələr apara biləcəklər. Monitorinq imtahanları tamamilə ödənişsizdir. Bu, Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Lakin monitorinqdə iştirak etmək mütləqdir. Şagird hər hansısa üzrlü səbəbdən iştirak edə bilmirlərsə, bununla bağlı müvafiq sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR