İyulun 14-dən MİQ üzrə test imtahanlarına başlanılır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 06 iyul 2022 15:20 (UTC +04:00)

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR