İyun ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib

İyun ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib
# 24 iyun 2022 21:54 (UTC +04:00)

İyun ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən məlumata görə, iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb.

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR