İyunun 15-də yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq

İyunun 15-də yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq
# 02 iyun 2023 10:41 (UTC +04:00)

İyunun 15-də 2022-2023-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq.

Bu barədə APA-ya Təhsil Tələbə Kredit Fondundan xəbər verilib.

Bikdirilib ki, yaz semestri üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.

Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla hər gün qəbul olunur.

Qeydiyyat yekunlaşdıqdan sonra da müraciətlərin emalı davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR