Dövlət İmtahan Mərkəzi iyunun 8-də keçiriləcək hakim vəzifəsinə qəbul imtahanında iştirak etmək istəyən namizədlərə müraciət edib.
DİM-dən APA-ya verilən xəbərə görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər: https://exidmet.dim.gov.az/elimt/HakimTest
Test imtahanı 2022-ci il iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.