İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyat başlayıb

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyat başlayıb
# 20 iyul 2019 13:14 (UTC +04:00)

Azərbaycan İlahiyyat İnstitutunun bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyat başlayıb.

İnstitutdan APA-ya verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verib İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr qabiliyyət imtahanı üçün iyulun 24-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.

Dini-Psixoloji Komissiya DİM tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilib.

Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir.

Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM-in İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR