Kamal Cəfərov: Mopedçilər üçün sürücülük vəsiqəsi imtahanlarının məzmunu sadələşdirilib

Kamal Cəfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

© APA | Kamal Cəfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

# 29 noyabr 2022 16:06 (UTC +04:00)

“Mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərli deyib.

Deputat bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsində bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb:

“Hazırda Baş Dövlət Yol Polisi İdarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir”.

Deputat Nigar Arpadarai qeyd edib ki, mopedçilərin qeydiyyatı çox önəmlidir: “Sərxoş şəkildə moped sürən sürücülər belə var”.

Nigar Arpadarai velosiped yolları çəkilməsini vacib sayıb: “Biz bu gün velosipeddən istifadəni stimullaşdırmalıyıq. Bulvar ərazisindən ictimai nəqliyyat kimi velosipeddən istifadə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR