Kamran Əliyev Bərdə və Tərtərdə vətəndaşları qəbul edib - FOTO

Kamran Əliyev Bərdə və Tərtərdə vətəndaşları qəbul edib

© APA | Kamran Əliyev Bərdə və Tərtərdə vətəndaşları qəbul edib

# 20 may 2022 17:50 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev mayın 20-də Bərdə rayon prokurorluğunun inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 114 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Bərdə və Tərtər rayon prokurorluqlarının, eləcə də Tərtər və Ağdam hərbi prokurorluqlarının əməkdaşları ilə görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR