Kamran Əliyev OECD-in İşçi qrupunun sədri görüşüb - FOTO

Kamran Əliyev OECD-in İşçi qrupunun sədri görüşüb - FOTO
# 07 oktyabr 2022 16:45 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Beynəlxalq Ticarət Əməliyyatlarında Rüşvətxorluq” İşçi qrupunun sədri Draqo Kos və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri Olqa Savranla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, tapşırıq və tövsiyələri ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə məlumat verərək, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, yeni dövrün tələblərinə uyğun olaraq bu sahədə mühüm strateji sənəd olan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın effektiv icra vəziyyəti, eləcə də qarşıda duran digər məsələlərə toxunub.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən qonaqlar Azərbaycanda həyata keçirilən anti-korrupsiya islahatlarına dair müsbət fikirlərini bölüşmüşlər. Ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesi, korrupsiyaya qarşı mübarizədə yeni çağırışlar və digər hüquqi məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR