Kamran Əliyev: Prokurorluğun müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq

Kamran Əliyev: Prokurorluğun müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq
# 10 may 2023 11:01 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətinə daim diqqət yetirib.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev bildirib ki, Heydər Əliyevin prokurorluq barədə məşhur çıxışları olub: “Heydər Əliyev çıxışlarında prokurorluğun mühüm dövlət müəssisəsi olduğunu qeyd edib. Prokurorluğun bu gün müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq. Hazırda prokurorluq Ulu öndərin müəyyən etdiyi siyasi kurs üzrə fəaliyyətini davam etdirir və daim dövlətə, dövlətçiliyə, xalqımıza qulluq edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR