Kamran Əliyev Sabunçu, Nizami və Xətai rayon prokurorlarına tapşırıqlar verib - FOTO

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 avqust 2022 18:20 (UTC +04:00)

Avqustun 1-də Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin və tələbkarlığın artırılması, vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılması istiqamətində tapşırıqlar verib, hər bir əməkdaşın nəzəri və peşə hazırlığının daim artırılmasının önəmini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR