Kamran Əliyev Salyanda qəbul keçirəcək

Kamran Əliyev Salyanda qəbul keçirəcək
# 07 iyul 2022 10:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev iyulun 19-da Salyanda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulu saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında olacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR