Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 30 dekabr 2022 09:57 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulu keçiriləcək.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 yanvar 2023-cü il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR