“Keşikçidağ”da insan skeletləri və maddi-mədəniyyət nümunələri tapılıb

“Keşikçidağ”da insan skeletləri və maddi-mədəniyyət nümunələri tapılıb
# 05 sentyabr 2022 11:21 (UTC +04:00)

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov institutun əməkdaşları professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.

Qurumdan APA-ya verilən xəbərə görə, ərazidə aparılan qazıntıların rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovdur.

Tədqiqatlar nəticəsində kurqan çölündə diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş e.ə. I minilliyin ilk yarısına aid qəbir abidəsi tapılıb. İki kameradan ibarət kurqandan insan skeletləri və maddi-mədəniyyət nümunələri aşkar olunub.

Qoruğun direktoru Musa Mursaquliyev aparılan arxeoloji qazıntı işlərindən tam razı qaldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR