Kiçikhəcmli gəmi istifadəçiləri maarifləndirilib - FOTO

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

© APA | Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

# 21 dekabr 2021 16:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, Astara şəhərində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair tövsiyələr verilib, bu tip su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda kiçikhəcmli gəmi istifadəçilərinə sözügedən gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR