Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb

Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb
# 11 sentyabr 2019 17:22 (UTC +04:00)

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçiblər.

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) davam edib. Müsabiqəsində iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər isə sentyabrın 6‑dan 11‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər. Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onlar qəbul olunanlar siyahısından xaric edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR