Ötən il internat müəssisələrində qalan yetim və valideyn himayəsindən məhrum uşaqların sayı 737 nəfər olub

Ötən il internat müəssisələrində qalan yetim və valideyn himayəsindən məhrum uşaqların sayı 737 nəfər olub
  • Clock-gray 16:50
  • calendar-gray 23 Sentyabr 2019

Ötən il internat müəssisələrində qalan yetim və valideyn himayəsindən məhrum uşaqların sayı 737 nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 737 nəfərdən körpələr evində olan uşaq yoxdur, 86 nəfər uşaq evlərində, 81 nəfər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 43 nəfər əqli сəhətdən geri qalan uşaqlar üçün internat evlərində, 527 nəfər isə ümumi tipli internat məktəblərindədir. 

Qeyd edək ki, müstəqillik dövründə ən çox internat müəssisələrində yetim və valideyn himayəsindən məhrum olan  uşaqların sayı 2003-cü ildə olub. Həmin il internat müəssisələrində yetim və valideyn himayəsindən məhrum uşaqların sayı 3456 nəfər təşkil edib ki, onlardan da 85 nəfəri körpələr evində, 266 nəfəri uşaq evlərində, 228 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 185 nəfəri  əqli сəhətdən geri qalan uşaqlar üçün internat evlərində, 2692 nəfəri isə ümumi tipli internat məktəblərində olub. 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date