Komitə: Övladına zorakılıq edən valideyn inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər

Taliyə İbrahimova

© APA | Taliyə İbrahimova

# 14 yanvar 2022 12:33 (UTC +04:00)

“Uşaqlara qarşı valideynləri tərəfindən zorakılıq olduqda onların valideynlikdən məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılır”:

APA-nın məlumatına görə, bunu brifinqdə Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.

O bildirib ki, bununla belə, valideyn inzibati və cinayət məsuliyyətinə də cəlb oluna bilər: ”Hər bir hərəkətdə valideyn uşağın mənafeyini hər şeydən üstün tutmalıdır. Üstün tutmadığı halda valideynlik hüququndan sui-istifadə halı kimi qeydə alına və qəyyumluq işinə baxıla bilər. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər. Bu cür hallar uşaqlarda travma yaradır və bunun təsirləri uzun illər onlarda qalır. "Mənim övladımdır, özüm bilərəm" deyib, zorakılığa haqq qazandırmaq yolverilməzdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR